Yunanıstan Super Liqasında 30-cu tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, həmyerlimiz Amit Quluzadənin şərəfini qoruduğu AEL səfərdə “Panatinaikos”la qarşılaşıb. Oyun Afina təmsilçisinin 2:0 hesablı qələbəsiylə nəticələnib. Amitin adı matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Larisa təmsilçisi 2016/17 mövsümünü 28 xalla 16 komanda arasında 14-cü pillədə başa vurub.