Nazarov "Aue"nin tarixinə düşdü

15:40 1 May 2017

Almaniyanın 2-ci Bundesliqa klubu “Aue”də çıxış edən millimizin üzvü Dimitri Nazarov rekord müəllifi olub.

 

Sportarena.az xəbər verir ki, 2-ci Bundesliqanın 31-ci turunda doğma meydanda "Vursburger Kikkers”"lə qarşılaşmanın 10-cu dəqiqəsində penaltidən fərqlənən Nazarov, "Aue"nin tarixində 11 metrlik cərimə zərbələrində ən dəqiq olan iki futbolçudan biri olub.

 

Mövsümdə buna qədər 6 dəfə penaltini dəqiq yerinə yetirən futbolçumuz yalnız klubun əfsanələrindən olan Erler Olgerdən geri qalırdı. Erler 1980/81-ci il mövsümündə 7 penalti qolunun müəllifi olub. Nazarov dünənki oyunda vurduğu qolla 36 ildən sonra bir mövsümdə 11 metrlik cərimə zərbəsini 7 dəfə dəqiq yerinə yetirən ilk futbolçu olub.

 

Qeyd edək ki, Dmitri Nazarov cari mövsümdə 25 oyunda 9 qol vurub.


Digər xəbərlər

Xəbər xətti