"Hoffemhaym" tarix yazdı

17:50 1 May 2017

Almaniya bundesliqasının sonuna 3 həftə qalmış evdə "Ayntraxt"ı 1:0 hesabı ilə yenən "Hoffenhaym" tarixində ilk dəfə Çempionlar Liqasında oynamaq hüququ qazanıb.
 
 
Sportarena.az xəbər verir ki, "Reyn-Nekar" stadionunda baş tutan qarşılaşmanın 90-cı dəqiqəsində Benjaminin vurduğu qolla "Ayntraxt"ı yenən "Hoffenhaym" 58 xalla Dortmund "Borussiya"sının bir pillə önündə qaldı. 41 xalı olan "Ayntraxt" isə 11-ci yerə düşüb.
 
 
Bundesliqada ilk 3 yeri tutan komandalar birbaşa ÇL-də oynamaq hüququ qazanırsa, 4-cü pillənin sahibi "pley-off" oynamaqla vəsiqəni təmin edə bilər.


Digər xəbərlər

Xəbər xətti