“Palmeyras” klubunun futbolçusu Felipe Melo Braziliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb.
Sportarena.az xəbər verir ki, Libertadores Kubokunun qrup mərhələsində “Penyarol”la keçirilən oyunun sonlarında yaranan qalmaqalda rəqibinə yumruq vuran 33 yaşlı yarımmüdafiəçiyə 3 oyunluq cəza verilib.
Melo ilə yanaşı, davada iştirak edən “Penyarol”un futbolçuları – Nahitan Nandez, Matyas Miyer və Lukas Hernandezə də 3 oyunluq cəza verilib.