Millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor”un baş məşqçisi Mutlu Topçu istefa verib.
Sportarena.az xəbər verir ki, bu barədə Topçu özü Türkiyə Super Liqasının 29-cu turunun “Qalatasaray”a böyük hesablı məğlubiyyətin (0:5) ardından təşkil edilmiş mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, Dəniz “Qalatasaray”la oyunun iştirak ərizəsinə daxil edilməyib.