“Mançester Yunayted” itkiylə üzləşib.
Sportarena.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 35-ci turunun “Suonsi” ilə ev oyununda (1:1) sıradan çıxan müdafiəçi Luk Şou üçün mövsüm başa çatıb. Müdafiəçinin ən azı 4 həftə yaşıl meydanlardan kənarda qalacağı, mayın sonunda məşqlərə başlaya biləcəyi bildirilir.
Qeyd edək ki, 21 yaşlı müdafiəçi cari mövsümdə 18 oyunda şans qazanıb.