“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo növbəti maraqlı üsula əl atıb.
Sportarena.az xəbər verir ki, portuqaliyalı məşqçi futbolçuların sosial şəbəkədən istifadə etməsinə qadağa qoyub. “İndependent”in yaydığı xəbərə görə, o, futbolçuların oyunlardan 48 saat əvvəl klub bazasında və avtobusunda sosial şəbəkələrə daxil olmasına icazə vermir. İddiaya görə, Mourinyo bu qaydanı pozan futbolçuya sərt cəza verəcəyini deyib.
Qeyd edək ki, bir müddət öncə “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da buna bənzər hərəkət etmişdi. O, klub bazasında internetdən istifadəyə qadağa qoymuşdu.