"Turan Tovuz"un Premyer Liqa dərdi - Ortaq məxrəcə gələ bilmirlər

17:28 3 May 2017

"Turan Tovuz"un Azərbaycan Premyer Liqada oynaması hələ də sual altındadır. AFFA-dan problemin sponsorla bağlı olduğu deyilir.

 

Sportarena.az xəbər verir ki, Rekord.az-a Tovuzdakı mənbələrdən maraqlı məlumat daxil olub. Həmin məlumata görə, əslində komandanın elitada iştirakı mümkündür. Həm Tovuz rayon rəhbərliyi həm də bəzi iş adamları komandaya maliyyə dəstəyi göstərmək istəyir. Lakin AFFA ilə ortaq məxrıcə gəlmək mümkün deyil.

 

Çünki federasiya komandanı götürmək istəyən sponsorların qabağında şərt qoyur. Həmin şərt ondan ibarətdir ki, klubda Müşahidə Şurası yaradılmalı və oraya mütləq AFFA-dan bir nəfər daxil edilməlidir. Bir sözlə, AFFA istəyir ki, yeni sponsor gəlsə belə, yenə də komandaya nəzarəti öz əlində saxlasın. Sponsor isə müstəqil siyasət yürütməkdə maraqlıdır. Məhz bu fikir ayrılığına görə məsələ hələ də öz müsbət həllini tapmır.


Digər xəbərlər

Xəbər xətti