Mayın 5-də Azərbaycan kubokunun final oyunu keçiriləcək. Naxçıvanda baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu ilə 2016-2017-ci illər mövsümünə yekun vurulacaq.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, həlledici matçın iştirakçılarının ölkə kubokundakı əvvəlki oyunlarının balansı belədir:
Azərbaycan kuboku, Final
5 may
“Qarabağ” – “Qəbələ” – 6 oyun, +0=5-1, top fərqi 4-5
Komandaların yolları indiyədək 3 dəfə kəsişib. Bu üç duel çərçivəsində 6 qarşılaşma baş tutub. Matçlardan 5-də heç-heçə qeydə alınıb. Qalibin müəyyənləşdiyi yeganə matçda “Qəbələ” qalib gəlib. Ümumilikdə isə 3 dueldən ikisində “Qarabağ”, birində “Qəbələ” mərhələ adlayıb.
2011/12 |
1/4 final |
Qəbələ - Qarabağ (Ağdam) |
2:2, 0:0 |
2012/13 |
1/4 final |
Qəbələ - Qarabağ (Ağdam) |
1:1, 0:0 |
2013/14 |
1/4 final |
Qəbələ - Qarabağ (Ağdam) |
0:0, 2:1 |