Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayev ölkə kubokunun finalının Naxçıvanda keçirilməsinin səbəbini açıqlayıb.
Sportarena.az xəbər verir ki, qurum rəhbəri bunun ölkənin təbliğatı baxımından önəmli olduğunu bildirib:
"Hamı soruşur ki, kubokun finalı niyə Naxçıvanda keçirilir? Niyə də kubokun finalı Naxçıvanda olmasın? Nəyi pisdi? Biz ötən illlərdə kubokun finalını Qəbələdə keçirdik. Bu dəfə isə Naxçıvanı seçdik. Bu təbliğat baxımından çox önəmlidi. "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk burda gördüklərindən heyrətə gəlib. O, əcnəbidi belə düşünür. Bu, bizim üçün çox vacibdir".
Musayev "Qarabağ" və "Qəbələ" azarkeşlərinin filan matçının Naxçıvanda keçirilməsinə etiraz etmələrini də münasibət bildirib:
"İndi deyirlər ki, oyun Naxçıvanda keçirilir gələ bilmirik. Bəs bu komandalar Gəncəyə səfər edəndə həmin azarkeşlər harda idi? Gəncə Azərbaycanın içi idi. Bəhanə gətirmək lazım deyil. Klublar da bu yöndə işlər görməlidilər. Azazrkeşlərin oyunu izləməsinə imkan yaratmalıdılar. Mən "Neftçi"də işləyəndə özümlə İslandiyaya azarkeş aparmışdım. Mən kimdənsə yaxşı işlədiyimi demək istəmirəm. Dediyim odu ki, hər şey eləmək mümkündü. Oyunu stadiondan izləyə bilməyən azarkeşlər üçün də şərait yaratmışıq. Onlar "CBC Sport" kanalı vasitəsilə izləyə biləcəklər".