"Roma"nın canlı əfsanəsi Françesko Tottinin mövsümün sonunda futbolçu karyerasını başa vuracağı barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, 40 yaşlı hücumçu doğma klubundan ayrılmayacaq. O, "Roma"nın futbol direktoru olacaq. Bunu İtaliya mətbuatına açıqlamasında klub prezidenti Xames Palotta bildirib.
Totti yeni işinə futbolçu karyerasını başa vurduğunu elan etdikdən dərhal başlayacaq.