Hazırda Naxçıvanda "Qarabağ" və "Qəbələ" arasında keçirilən Azərbaycan kubokunun final matçını rəsmi şəxslər də izləyir.
Sportarena.az xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Futzal Federasiyasının prezidenti və "İnter"in Müşahidə Şurasının sədri Zaur Axundov, Gənclər və İdman nazirlinin müavini İsmayıl İsmayılov, AFFA-nın baş katibi Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, "Qəbələ"nin prezidenti Tale Heydərov və onun babası, eyni zamanda millət vəkili olan Fətullah Heydərov və millət vəkili Aqil Abbas hazırda matçında keçirildiyi Naxçıvan şəhər stadionundadılar.