Hazırda Azərbaycan kubokunun finalı çərçivəsində davam edən "Qarabağ" - "Qəbələ" matçında nominal qonaqlar ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, matçın 22-ci dəqiqəsində "qırmızı-qaralar"ın cinah müdafiəçisi Tellur Mütəllimov əks hücum zamanı sürətli reyd edərkən rəqib komandanın futbolçusu ilə toqquşub. Bu toqquşmadan sonra yerdə qalan gənc futbolçunun dizindən zədələndiyi məlum olub. O, həkimlərin köməyilə meydanı tərk edə bilib.
Məcburi dəyişiklik etməli olan Qriqorçuk isə 21 yaşadək futbolçu limitinin pozulmaması üçün 2 əvəzetməyə əl atmalı olub. Belə ki, Tellur sözügedən limitə görə meydanda olduğundan onu gənc yarımmüdafiəçi Roman Hüseynovla əvəzləyib. Ukraynalı mütəxəssis Mütəllimovun mövqeyini doldurmaq üçün Məhhəmməd Mirzəbəyovu meydana buraxıb. Millimizin üzvü Teo Viksi əvəzləyib.