Azərbaycan kubokunun finalı çərçivəsində keçirilən "Qarabağ" - "Qəbələ" matçının fasiləsində maraqlı məqam qeydə alınıb.
Sportarena.az xəbər verir ki, matçı VİP lojadan izləyən hər iki klubun rəhbəri selfi çəkdiriblər. Təklif Ağdam klubunun vitse-prezidenti Tahir Gözəldən gəlib. Tale Heydərov isə bu təklifə isti yanaşıb.
Həmin görüntünü təqdim edirik: