Azərbaycan kubokunun finalında "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk görüşlə bağlı fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, o bunları deyib:
“Qarabağ” bizdən güclü idi və layiqli qələbə qazandı. Rəqibi təbrik edirəm. Subotiçin yoxluğundan danışmaq istəmirəm. Komanda belə şeylərə hazır olmalıdır. Zədələr və bu kimi məsələlərə həmişə hazır olmaq lazımdı. 1-2 oyunçunun yoxluğunu komanda hiss etməməlidir”.