“Qarabağ”ın futbolçusu Azərbaycan kubokunun finalında “Qəbələ”yə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, isti havanın onlara çətinlik yaratdığını deyib:
"Havanın isti olması bizə çətinlik yaradırdı. Elə vəziyyət idi ki, hesabı kim açsaydı hesabı bərabərləşdirmək çətin olacaqdı. Biz birinci hesabı açdıq ardınca 2 qol vuruldu. "Qəbələ"nin oyuna həvəssiz yanaşıb-yanaşmadığını deyə bilmərəm. Biz güclü idik, qalib də gəldik.
Stadionun ot örtüyü heç də yaxşı vəziyyətdə deyildi. Tofiq Bəhramov adına stadionun, Qəbələ şəhər stadionun ot örtüyündən geri qalırdı. Ona görə də oynamaqda çətinlik çəkirdik.
Klubla müqaviləmi yeniləməmişəm. Ölkə xaricinə getmək istəyirəm. Bunun üçün öncə "Qarabağ"la danışmalıyam".