Millimizin baş məşqçisi Robert Prosineçkini transfer etmək klubların sırasına daha bir əlavə olunub.
Sportarena.az xəbər verir ki, "Konyaspor" xorvatiyalı mütəxəssislə maraqlanır. Bu barədə Türkiyənin "Vətən" qəzeti məlumat yayıb.
Komandanın hazırkı çalışdırıcısı Aykut Kocamanın "Fənərbaxça"ya keçəcəyi gözlənildiyi üçün klub yeni baş məşqçi vəzifəsinə Prosineçkinin gətirməyi planlaşdırır. Millimizin baş məşqçisi ilə artıq ilkin danışıqlara başlandığı bildirilib.
Qeyd edək ki, Prosineçki ilə "Bursaspor", "Valensiya" və "Sevilya"nın maraqlandığı iddia edilir.