Liviya idmançıları Bakıda keçiriləcək İslam Həmrəyliyi oyunlarında iştirakdan imtina edə bilər.
Sportarena.az xəbər verir ki, bunu Liviya Olimpiya komitəsinin baş katibi Xalid Alzenkola deyib. Onun sözlərinə görə, Liviya komandasının Bakıdakı yarışlarda iştirakı sual altındadır. Komandanın maliyyələşməsində problemlər yaranıb:
“Hökumət maliyyə dəstəyi üçün söz vermişdi, amma vaxt çox az qalıb. Ən yaxşısı iştirak etməməkdir”.
Qeyd edək ki, Liviya Bakıdakı İslam Həmrəyliyi oyunlarında 13 idmançı ilə 8 idman növündə təmsil olunmağı planlaşdırmışdı.