Bu gün İtaliya A seriyasında 35-ci tura start veriləcək.
Sportarena.az xəbər verir ki, turun ilk oyununda “Napoli” “Kalyari”ni qəbul edəcək. "Yuventus” bu turda çempionluğunu rəsmiləşdirə bilər. Belə ki, “qoca sinyora” bu gün Turin derbisində “Torino”nu məğlub etsə, “Roma” isə sabah “Milan”la səfər oyununda xal itirsə, “Yuve” ardıcıl 6-cı dəfə A seriyasının qalibi olacaq.
İtaliya A seriyası, 35-ci tur
6 may
20:00 Napoli - Kalyari 3:1
22:45 Yuventus - Torino 1:1
7 May
14:30 Udineze - Atalanta 1:1
17:00 Kyevo - Palermo 1:1
17:00 Empoli - Bolonya 3:1
17:00 Cenoa - İnter 1:0
17:00 Latsio - Sampdoriya 7:3
17:00 Peskara - Krotone 0:1
17:00 Sassuolo - Fiorentina 2:2
22:45 Milan - Roma 1:4