"Mançester Siti"yə 2 illik transfer qadağası - "Oğurluğ"a görə

16:35 6 May 2017

“Mançester Siti” klubu cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, klub 2 il müddətində heç bir akademiyanın oyunçularını heyətinə qata bilməyəcək. İngiltərə Futbol Assosiasiyası mançesterlilərin 18 yaşadək futbolçuları sifariş etməsinə qadağa qoyub. Buna səbəb “Everton”un 11 və 15 yaşlı iki futbolçusu ilə müqavilə zamanı yol verilən qayda pozuntuları olub. “Şəhərlilər” 300 min funt sterlinq cərimə də ödəməli olub.

 

Qeyd edək ki, cəzalanan klub həmin iki futbolçunu “oğurlayaraq” öz akademiyasına cəlb edib.


Digər xəbərlər

Xəbər xətti