Slovakiya Fortuna Liqasında 30-cu turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” səfərdə “Mixalovtse” klubuyla üz-üzə gəlib. Şeydayev matçın 74-cü dəqiqəsində meydana daxil olub. Millimizin üzvü cəmi 10 dəqiqə sonra komandasına qələbə qazandıran qola imza atıb. Oyun elə Şeydayevin vurduğu qolla 1:0 hesabıyla başa çatıb.
30 turdan sonra hesabında 64 xal olan “Jilina” 2 tur öncə çempionluğu təmin edib.