Almaniya Gənclər Bundesliqasının cənub zonasında 26-cı turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt”ın U-19 komandası evdə artıq çempionluğu təmin etmiş “Bavariya”lı həmyaşıdları ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan Dadaşov 34-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb.
Qeyd edək ki, 26 oyundan sonra hesabında 36 xal olan Frankfurt təmsilçisi 6-cı pillədə qərarlaşıb.