İtaliya A Seriyasının 35-ci turunda baş tutan Turin derbisində "Torino" səfərdə "Yuventus"dan xal almağı bacarıb - 1:1.
Sportarena.az xəbər verir ki, bununla da "qoca senyora"nın öz meydanında 33 oyunluq qələbə seriyası qırılıb. "Yuve" evdə 2015-ci ilin sentyabrından xal itirmirdi. Həmin vaxt Turin klubu "Frozione" ilə sülhə (1:1) razılaşmışdı.
Öz meydanında ən uzunmüddətli qələbə seriyas "Böyük beşlik" ölkələrindən yalnız "Barselona" klubuna məxsusdur. Katalonlar 1958-60-cı illərdə ardıcıl 39 ev oyununda qalib gəlmişdi.