Dəniz Yılmaz "Bursaspor"dan ayrılır?

15:57 7 May 2017

Azərbaycan millisinin üzvü Dəniz Yılmaz klubunu dəyişə bilər.

 

Sportarena.az xəbər verir ki, 29 yaşlı hücumçu ötən ildən çıxış etdiiyi “Bursaspor”dan ayrılmağa yaxındır. Bu barədə Türkiyə mətbuatı yaydığı məlumat yayıb. Son oyunlarda heyətdən kənarda qalan Yılmaz özü komandanı tərk etmək istəyir. O, mövsüm başa çatdıqdan sonra “yaşıl timsahlar”ı tərk edən ilk futbolçu olacaq.

 

Qeyd edək ki, bu mövsüm klubun heyətində 19 oyuna 4 qol vuran Yılmazın müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.

 


Digər xəbərlər

Xəbər xətti