"Bavariya" Aleksis Sançesi hədəfə aldı

17:55 7 May 2017

Almaniya bundesliqasının cari mövsümkü çempionu "Bavariya" supertransfer etməyə hazırlaşır.
 
Sportarena.az xəbər verir ki, münhenlilər "Arsenal"ın çilili futbolçusu Aleksis Sançesi heyətinə qatmaq istəyir. Bu barədə İngiltərənin "Teleqraf" nəşri məlumat yayıb. Bildirilir ki, klub bu transfer üçün 65 milyon avro ödəməyə hazırdı. Deyilənə görə, hücumçunun meneceri ilə görüşən klub nümayəndələri artıq maliyyə ilə bağlı bəzi detalları razılaşdırıblar.
 
28 yaşlı futbolçunun "Arsenal"la 2018-ci ilə qədər müqaviləsi var. Cari mövsümdə futbolçu ümumilikdə meydana çıxdığı 45 matçda 24 qola və 18 məhsuldar ötürməyə imza atıb.


Digər xəbərlər

Xəbər xətti