Millimizin futbolçusu Ramil Şeydayev Slovakiyada növbəti qolunu vurub.
Sportarena.az xəbər verir ki, o, bu dəfə "Jilina"nın ikinci komandasının ikinci liqada "Liptovski-Mikulaşa" ilə keçirdiyi oyunda (4:2) fərqlənib. Millimizin hücumçusu 67-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.
Qeyd edək ki, Şeydayev mayın 6-ı əsas komanda ilə "Moxolovtse" ilə matçda da (1:0) komandasının qələbə qolunu vurub.