Ötən həftə AZAL klubu fəaliyyətini dayandırdığı barədə bəyanat yaymışdı. Bu məsələ müzakirə olunmağa başladığı bir vaxtda mətbuatda klubun yeni mövsümdən Birinci divizionda çıxış edəcəyi barədə informasiyalar yayılmağa başladı. Hətta AFFA-nın baş katibi Naxçıvanda keçirilən ölkə kubokunun finalından sonra jurnalistlərə açıqlamasında AZAL-ın aşağı dəstədə çıxış edəcəyinə inandığını söyləmişdi.
Artıq gündəmin ciddi müzakirə mövzusuna çevrilən bu məlumatı dəqiqləşdirmək üçün paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovla əlaqə saxladıq. Klub rəsmisi Sportarena.az saytına açıqlamasında yayılan xəbərləri təkzib etdi:
"Biz də bu xəbərləri mətbuatdan oxuyuruq. Ancaq rəhbərlikdən bu haqda bizə məlumat verilməyib. Hazırda məzuniyyətdəyik. Klub rəhbərliyindən bizə bu barədə bildiriş gəlsə, mətbuata dərhal məlumat verəcəyik".
Heybət Məmmədov