İngiltərə Peşəkar Futbolçular Birliyindən sonra jurnalistlər də Premyer Liqada mövsümün oyunçusunu müəyyənləşdiriblər.
Sportarena.az xəbər verir ki, jurnalistlərin də seçimi Peşəkar Futbolçular Birliyinin mövqeyi ilə üst-üstə düşüb. “Çelsi”nin futbolçusu Nqolo Kante İdman Jurnalistləri Assosiasiyasının versiyasına görə mövsümün ən yaxşı futbolçusu hesab edilib.
Sorğuda ikinci yeri də “Çelsi”nin futbolçusu - Eden Hazard tutub. Üçüncü yerdə isə “Tottenhem”in futbolçusu Delle Alli qərarlaşıb.
Fransız futbolçu bu mövsüm “Çelsi”nin heyətində 33 oyun keçirib, 1 qol vurub, 1 qol ötürməsi edib.