"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama verib:
Sportarena.az xəbər verir ki, komandası İngiltərə Premyer Liqasının 36-cı turunda dünən "Arsenal"a məğlub olan (0:2) mütəxəsis rəqib azarkeşlərə ilişib:
“Birinci dəfədir ki, mənim “Arsenal”ın stadiona gəlişimdən sonra bu komandanın azarkeşləri sevinirlər. Əvvəl “Hayberi”dən də, “Emireyts”dən də gedəndə ağlayırdılar. Əvvəl onlar küçədə başıaşağı gəzirdilər. Bu gün isə ilk dəfədi sevinirlər”.