"Turan"ın azarkeşlərindən bəyanat - Yürüş keçirəcəklər

18:08 8 May 2017

Birinci Divizionda bu mövsüm çempionluğunu qeyd edən "Turan Tovuz” komandasının Premyer Liqaya buraxılmayacağı barədə məlumatlar yayılmaqdadır.
 

Artıq bu xəbərlərdən agəh olan tovuzlu azarkeşlər etiraz aksiyası keçirməyi planlaşdırır. Onlar bu haqda sosial şəbəkələrdə bəyanat da yayıblar.
 
Sportarena.az bəyanatı olduğu kimi diqqətinizə çatdırır:

 
"Birinci divizionda çempionluğu bayram edən "Turan Tovuz” növbəti mövsümdən Premyer Liqada çıxış etmək hüququ qazandı. Lakin son günlərdə mətbuatda "Turan Tovuz”un Premyer Liqaya buraxılmayacağına dair xəbərlər yer almaqdadı.
 
Azərbaycan futbolunu beşiyi, futbolumuzun döyünən ürəyi Tovuzun Premyer Liqaya rəng qatacağı bütün ölkəyə məlumdu. Rəhbərlik səviyyəsində maliyyə məsələsinin həll olunması üçün lazımı tədbirlər görülür. İnanırıq ki, ən qısa müddətdə bu məsələ həllini tapacaq və doğma komandamız Premyer Liqaya vəsiqə qazanacaq.

 

Bizlər, tovuzlular şanlı komandamıza dəstəyimizi daim göstərmişik və hər zaman yanında olmuşuq. May ayının 9-da saat 12-00-da Tovuz şəhər stadionunun önündə "Turan Tovuz”a dəstək yürüşü keçiriləcəkdir. Tovuzu, "Turan”ı sevən hər kəsi bu tədbirə dəvət edirik! Səsimizi duyurmaq üçün hamımız bir olaq!”


Digər xəbərlər

Xəbər xətti