"Qarabağ"da ilk ayrılıq

13:32 9 May 2017

Yeni mövsüm üçün daha da iddialı olmağı hədəfləyən "Qarabağ" komanda daxilində dəyişiklərə başlayıb.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu əsas heyətə düşməkdə çətinlik çəkən Boyan Şaranovla yollarını ayırıb. Ötən mövsüm komandaya cəlb edilən serbiyalı qplkiperin klubla müqaviləsi başa çatıb. Baş məşqçi Qurban Qurbanov 29 yaşlı xidmətində maraqlı olmadığından futbolçuya yeni müqavilə təklif edilməyib.

 

Xəbəri dəqiqləşdirmək üçün Ağdam klubunun mətbuat xidməti ilə əlaqə saxlasaq da, klubda qeyri-iş günü olduğu üçün məsələyə münasibət bildirə bilməyəcəklərini söylədilər.

 

Qeyd edək ki, Boyan Şaranov "Qarabağ"ın heyətində cəmi 2 oyunda meydanda olub.


Digər xəbərlər

Xəbər xətti