Qadın həndbolçulardan ibarət "Bakı-2017” 4-cü İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb.
Sportarena.az xəbər verir ki, günün son oyununda Azərbaycan milli komandası Kamerun yığması ilə qarşılaşıb. "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən qarşılaşmanın ilk hissəsi 16:14 hesabı ilə millimizin xeyrinə yekunlaşıb.
Matçın ikinci hissəsində də üstünlüyü əldən verməyən komandamız İslamiadaya qələbə ilə başlayıb - 28:26.