"Milliyət" "Qarabağ"dan yazdı - Amma səhvlərə yol verdi

18:35 9 May 2017

Türkiyənin “Milliyət” qəzeti “Qarabağ”ın “qızıl dubl”una həsr olunmuş yazı dərc edib.

 

Sportarena.az xəbər verir ki, andolular bir sıra faktlarda yanlışlığa yol veriblər.

 

“Azərbaycan futbolunda Ağdamın “Qarabağ” rüzgarı əsir. Ölkə çempionatında qızıl medal qazanan komanda kubokun finalında da “Qəbələ” üzərində 2:0 hesablı qələbəni bayram edərək, zəfər çaldı. 28 həftləik çempionatda komanda 62 xal topladı və ən yaxın təqibçisi “Qəbələ”ni 10 xal arxada qoydu. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda son 8 turda məğlubiyyət acısı dadmadı. Mövsüm ərzində “Qarabağ” cəmi 4 məğlubiyyətə üzüldü. Ümumilikdə 19 qələbəyə sevinən Ağdam klubu tarixində 3-cü dəfə qızıl medalları qazandı (“Qarabağ” ardıcıl 4-cü dəfə qızıl medallara sahib olub, ümumilikdə isə beşqat Azərbaycan çempionudu – red.). 1950-ci ildə yaradılan komandanın muzeyində 2 ölkə kuboku da yer alır (Ağdam təmsilçisi son 3 mövsümdə ölkə Kubokunu muzeyinə aparıb, bu nailiyyətə isə ümumilikdə, 5 dəfə imza atıb – red.)”.


Digər xəbərlər

Xəbər xətti