"Borussiya"da yeni müqavilə

22:02 9 May 2017

Almaniyanın "Borussiya" klubunda yeni müqavilə imzalanıb.

 

Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisi qapıçı Roman Vaydenfellerlə sözləşmənin müddətini uzadıb. 36 yaşlı "əlcək sahibi" 2018-ci ilin iyun ayınadək Bundesliqa klubunun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, təcrübəli qolkiper 2002-ci ildən "Borussiya"nın şərəfini qoruyur. O, dortmundluların heyətində meydana çıxdığı 340 matçda qapısında 374 qol görüb.


Digər xəbərlər

Xəbər xətti