"Bavariya"nın futbolçusu Xavi Martines mövsümü erkən başa vurub.
Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun köpücük sümüyünün sınmasıdı. İspaniyalı müdafiəçi məşqdə deyil istirahət zamanı zədələnib. O, dağ yürüşü zamanı xəsarət alıb. Münhendə əməliyyat olunan futbolçunun yalnız komandanın yay toplanışına qatıla biləcək.
Futbolçu komandasının son iki oyununu - "Leyptsiq" və "Frayburq"la matçları tribunadan izləyəcək.