İtaliyada Kubok finalının vaxtı dəyişdirilib.
Sportarena.az xəbər verir ki, buna səbəb "Yuventus"un dünən Çempionlar Liqasının finalına vəsiqə qazanmasıdı. ÇL-in finalı iyunun 3-də Kardifdə keçirilməsi nəzərdə tutulub. İtaliya kubokunun final oyunu isə bundan bir gün öncəyə nəzərdə tutulub.
Bu məqamı nəzərə alan İtaliya Futbol Federasiyası həlledici görüşün mayın 17-də keçirilməsi ilə bağlı qərar verib.
Qeyd edək ki, "Olimpiko" stadionunda baş tutacaq İtaliya Kubokunun finalında "Yuventus"un rəqibi "Lazio" olacaq.