İspaniya Futbol Federasiyası “Atletiko”nun futbolçusu Dieqo Qodini cəzalandırıb.
Sportarena.az xəbər verir ki, buna səbəb, uruqvaylı futbolçunun İspaniya La Liqasının 36-cı turunun “Eybar”la oyununda hakimin ünvanına işlətdiyi ifadələr olub. Belə ki, “hindular”ın 1:0 hesabıyla qalib gəldiyi oyunun gedişində ikinci sarı vərəqə alaraq meydandan qovulan Qodin, meydandan çıxarkən 4-cü hakimin ünvanına sərt ifadələr işlədib.
Buna görə, 31 yaşlı müdafiəçi 3 oyunluq cəza alıb. Bu da o deməkdi ki, Qodin üçün artıq mövsüm başa çatıb.