Novruz Əzimovun “Neftçi”nin məşqçilər korpusunda yer almasından sonra həvəskar liqada çıxış edən “Bakı” klubunun yeni baş məşqçisi məlum olub.
Sportarena.az xəbər verir ki, paytaxt klubu postu tanınmış mütəxəssis Qəhrəman Əliyevə tapşırıb.
Qəhrəman Əliyev “Bakı” üçün çox tanış məşqçidir. Azərbaycan çempionatları tarixinin ən çox oyun keçirən baş məşqçisi “Bakı”nın həm əvəzedici heyətində, həm də əsas komandasında çalışıb.
Qeyd edək ki, Onun sonuncu iş yeri I Divizionda mübarizə aparan “Şəmkir” olub.