İslam Oyunlarında ağır atletika yarışları başlayır - 5 gün davam edəcək

14:37 12 May 2017

Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında ağır atletika yarışlarının vaxt cədvəli və iştirakçıların tam siyahısı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yarışlarda körpücük üzərində 21 ölkədən 130 atleti izləmək imkanımız olacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılıb.

 

Vaxt cədvəlinə əsasən 13-17 tarixlərində yarışlara hər gün saat 12:00-da start veriləcək. Mayın 14-də iki, digər günlərdə isə üç qrupda (çəkidə) qaliblər müəyyən ediləcək.

İslam Oyunlarında ağır atletika yarışlarına çəkisi 56 kq-a qədər olan kişilər start verəcək. 1-ci sessiya mayın 13-ü, saat 12:00-da başlayacaq. Bu çəkidə Azərbaycan yığma komandasının bir üzvü – Elmar Alıyev medal mübarizəsinə qoşulacaq.

 

Yarışlar Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti