Premyer Liqamızda idarəçilik edən hakim ÇL-in finalında

16:38 12 May 2017

UEFA Çempionlar Liqasının (ÇL) "Yuventus" - "Real" finalı almaniyalı hakimlərə tapşırılıb.

 

Sportarena.az xəbər verir ki, iyunun 3-də Uelsin paytaxtı Kardiffdə keçiriləcək həlledici qarşılaşmanı Feliks Brıx idarə edəcək. Ona yan xətdə Mark Borşla Ştefan Lupp, qapı arxasında Bastian Dankertlə Marko Frits yardımçı olacaq. Dördümcü hakim serbiyalı Milorad Majiçdi. 

 

Qeyd edək ki, 40 yaşlı Boş Azərbaycan Premyer Liqasının oyununda idarəçilik edib. Bu, 2008-ci ilin martın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Neftçi" - "İnter" matçıdı. Həmin 2007/08 mövsümündə çempionat və kubok matçlarına Almaniyadan hakimlər dəvət olunurdu ki, Boş qeyd etdiyimiz qarşılaşmada baş hakim Mark Simannın yardımçısı idi. 


Digər xəbərlər

Xəbər xətti