IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Kamerun millisinin baş məşqçisi Riçard Tova xəstəxanaya yerləşdirilib.
Sportarena.az xəbər verir ki, bu barədə kamerun mətbuatı məlumat yayıb. Ötən gün Mərakeşlə oyun zamanı Riçard Tovanın halı pisləşib. Onun komandası matçın 30-cu dəqiqəsində hesabı açıb. Baş məşqçi bu qolun sevincindən huşunu itirib.
Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin kardiologiya şöbəsində olan məşqçinin vəziyyəti normaldır.
Qeyd edək ki, Kamerun - Mərakeş oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.