Azərbaycan İslamiadada ilk qızıl medalını qazandı

14:11 13 May 2017

Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb.

 

Sportarena.az xəbər verir ki, kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaq yarışında idmançımız Ruslan Lunyov birinci olub. Bununla da təmsilçimiz İslamiadada Azərbaycana ilk qızıl medalı qazandırıb. Kişilərin 10 metr pnevmatik tüfənglə atıcılıq yarışının qalibi adını isə  türkiyəli Ömər Akgün qazanıb. 

 

O, Bakıdakı İslamiadanın ilk qalibi kimi tarixə düşüb. Azərbaycan yığması da ilk medalını atıcılıqda qazanıb. Ruslan Lunyov hamıdan dəqiq olub. Bununla da təmsilçimiz qızıl medala yiyələnib.  


Digər xəbərlər

Xəbər xətti