İslamiadada daha bir medal qazandıq - Bu dəfə gümüş

18:27 13 May 2017

Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 2-ci medalını qazanıb.


Sportarena.az xəbər verir ki, qadınların səngər stendi yarışlarında çıxış edən Şəfəq Əmrahova yarışı gümüş medalla başa vurub. Final mərhələsində 37 xal yığan Şəfəq türkiyəli Nihan Gürerdən (41 xal) geri qalıb. 3-cü yeri qətərli Xoloud Hassan Əl Xələf tutub.  Digər idmançımız Aydan Camalova 13 xalla 6-cı olub.

 

Qeyd edək ki, yığmamıza ilk medalı 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaq yarışında  Ruslan Lunyov qazandırıb. O, qızıl medala sahib olub.


Digər xəbərlər

Xəbər xətti