Azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun sahibi, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyə mətbuatına müsahibə verib.
Sportarema.az xəbər verir ki, o, müsahibəsində futboldan da danışıb. Mənsimov Türkiyədə "Beşiktaş"a azarkeşlik etdiyini və bu kluba sponsor olmaq istədiyini bildirib:
"Türkiyəyə gəldiyim gündən bəri “Beşiktaş” klubunun azarkeşiyəm. Heç vaxt tərk etmədim, etmərəm də. Sevdalıyam. “Beşiktaş” türk komandasıdır. Bizim rəngimiz ağ-qaradır. Klub prezidenti Fikrət Orman çox uğurlu işlər görür. Dünyanın ən gözəl stadionunu tikdirib. İnşallah, bu il çempion bizik. Bəzi komandalara kömək etdik, amma bunları dilə gətirmək düzgün deyil. Yaxşılığı şouya çevirmək olmaz. Sponsor olmaq qərarını versək, təbii ki, “Beşiktaş”a sponsor olmaq istəyərəm".