Slovakiya Fortuna Liqasında 31-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” evdə “Senitsa” ilə qarşılaşıb. Oyun millimizin üzvünün komandasının qələbəsi ilə nəticələnib - 3:2. Şeydayev meydana start heyətində çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
Bir neçə tur öncə çempionluğunu rəsmiləşdirən “Jilina”nın 67 xalı var.