Prosineçkinin meneceri: "Deyilənlər doğru deyil" - AÇIQLAMA

11:26 14 May 2017

Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin türkiyəli meneceri Yaşar Çalışır son günlərdə müştərisi barədə yayılan informasiyalara münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, o, “ajanspor.com”a açıqlamasında xorvatiyalı mütəxəssislə əlaqədar xarici klublarla danışıqlar apardığını təsdiqləyib.

 

“İspaniyada önəmli bir klubla müzakirəmiz oldu. Ancaq indiyə kimi anlaşdığımız bir klub yoxdur. Prosineçki nə “Bursaspor”, nə də “Konyaspor”la razılığa gəlib. Konyaspor”un adından keçmiş idarəçilərdən olduğu söylənilən biri maraqlanıb. Amma nə mən, nə də Prosineçki onunla görüşmüşük. “Bursaspor”la da sön vaxtlarda təmasımız olmayıb. Sadəcə, yanvarda Bakıya gəldilər. Amma AFFA Prosineçkini buraxmaq istəmədi”.

 

O, xorvatiyalı mütəxəssisin müqaviləsində 2 milyonluq təzminat maddəsinin olmadığını söyləyib:

 

“Ancaq bir gerçəkliyi deməliyəm. Onun müqaviləsində 2 milyonluq təzminatlıq maddə olması barədə deyilənlər doğru deyil. Hər müqavilənin özünə görə özəlliyi var. Prosineçki yaxşı münasibətlər çərçivəsində, qarşılıqlı anlaşıb oradan ayrıla bilər. Türk klubları istəsələr, onlarla danışıqlar apara bilərik”. 


Digər xəbərlər

Xəbər xətti