Orxan Səfərov: "Bu çox sevindiricidir" - AÇIQLAMA

12:03 14 May 2017

İslamiadada qızıl medal qazanan cüdoçu Orxan Səfərov açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o açıqlamasında finaldakı rəqibi ilə 4-cü dəfə qarşılaşdığını deyib:

 

"Çətinliklə qızıl medal qazandım. Avropa Oyunlarında gümüş olmuşdu, İslamiadada qızıl medala sahib çıxdım. Bu çox sevindiricidir. Finalda qalib gəldiyim rəqiblə artıq 4-cü dəfədir qarşılaşıram. 3 dəfə mən qələbə qazanmışam, bir dəfə o. Burada dünya reytinqində yaxşı yerlərdə qərarlaşan idmançılar var".

 

Fotolar "Qafqazinfo"ya məxsusdur.

 

 


Digər xəbərlər

Xəbər xətti