"Bakı 2017" I İslam Həmrəyliyi Oyunlarında daha 4 çəki dərəcəsində paralimpiyaçı cüdoçular mübarizəyə qoşulub.
Sportarenna.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ikiqat paralimpiya çempionu İlham Zəkiyev finala yüksələ bilməyib.
100 kq-dan yuxarı çəkidə yarışan 37 yaşlı gözdən əlil idmançı qrup mərhələsində iki görüşündən birində uduzduğu üçün bürünc medal görüşündə çıxış edəcək. Əvəzində bu çəkidə Kənan Abdullaxanlı finala vəsiqə qazanıb.