IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışının (100 kq) finalında Azərbaycan idmançıları Elxan Məmmədovla Elmar Qasımov qarşılaşıb.
Sportarena.az xəbər verir ki, Azərbaycan duelindən son Avropa çempionatından olduğu kimi bu dəfə də Məmmədov qalib ayrılıb. Elxan rəqibini ipponla məğlub edib.
Bununla da Elxan Məmmədov ölkəmizin aktivinə növbəti qızıl medalı yazdırıb.