“Bakı-2017”də bu gün üçün nəzərdə tutulan yarışlar yekunlaşıb.
Sportarena.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan Azərbaycanın idmançılarından daha 9-u qızıl medal qazanıb. Bununla da millimizin qızıllarının ümumi sayı 33-ə çatıb. Komandamız bu gün 6 gümüş və 3 bürüncü də aktivinə yazdıraraq medal sayını 68-ə çatdırıb. Bu nəticə ilə millimiz medal sıralamasında liderlikdən 2-ci pilləyə düşüb.
Birinci yeri 35 qızıl medalla Türkiyə, üçüncü pilləni 6 qızıl medalla Özbəkistan tutur.